ABŞ Konqresinin təxminən 90 üzvü Donald Tramp administrasiyasını ermənilərin Qarabağa təhlükəsiz qayıdışını təmin etməyə çağırır.
Azərbaycan Özbəkistan prezidentini təhqir etməkdə ittiham olunan şəxsi Daşkəndə ekstradisiya edib.
AzadlıqRadiosu və açıq mənbələrdən məlumat toplayan Münaqişə Kəşfiyyatı Qrupu (CIT) Rusiyanın və Qərbin silah istehsalını təhlil edərək Rusiyanın həqiqətən ABŞ və onun müttəfiqləri üzərində bu qədər böyük istehsal üstünlüyünə malik olub-olmadığını yoxlayıb.
Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıyacaq.
Havalar kəskin istiləşəndən sonra, xüsusilə də son bir həftədə Bakı və Abşeron yarımadasında su təchizatında problemlər yaranması barədə şikayətlər səngimək bilmir.
İllərdir ki, Rusiyanın texnologiya tənzimləyiciləri "YouTube"un təsir dairəsinə qarşı dişlərini qıcayaraq mübarizə aparırlar.
Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, əməliyyat zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Rusiya bildirir ki, reyd 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətllərin istintaqı çərçivəsində aparılıb.
"Abzas Media" nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib.
Rusiyanın Amur vilayətində "An-24" sərnişin təyyarəsi yoxa çıxıb.
Prokurorluq orqanlarında ibtidai istintaqı yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat maddi ziyan vurulduğu müəyyən edilib.
Tehran o qədər ciddi su çatışmazlığı ilə üzləşib ki, onun 15 milyonluq əhalisi köçmək məcburiyyətində qala bilər.
Rusiya Ukraynadakı daxili etirazları bu ölkənin rəhbərliyini ləkələmək və Kiyevə beynəlxalq dəstəyi zəiflətmək üçün informasiya müharibəsi aləti kimi istifadə edir. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunub.
Davamı